İran Beynəlxalq Atom Enerjisi Agentliyinin ölkənin nüvə obyektlərini təftiş etməsinə razılıq verdi
Dünya
257
16:20, Bu gün

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin ölkənin nüvə obyektlərini təftiş etməsinə razılıq verdi

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərini təftiş etməsinə razılaşıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, bu məsələyə İranın Ali Milli Təhlükəsizlik Şurası razılıq verib.

Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib ki, bu addım İranın dinc nüvə fəaliyyətinin müəyyən edilmiş çərçivələri aşmadığını sübut etmək məqsədi daşıyır.

Onun sözlərinə görə, nüvə danışıqlarına görə məsuliyyət Xarici İşlər Nazirliyinin üzərində qalır, lakin nüvə fəaliyyətinin özü ilə bağlı qərarlar Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir.

Borucerdi, həmçinin BAEA-nın baş direktoru Rafael Qrossini tənqid edərək, onun öz vəzifələrini yerinə yetirmədiyini və cəzaya layiq olduğunu iddia edib. O qeyd edib ki, daha əvvəl müfəttişlərin nüvə obyektlərinə girmələrinin rədd edilməsinin səbəblərindən biri Qrossinin İranın nüvə obyektlərinə hücumları pisləməməsi olub.

Eyni zamanda qeyd edilir ki, Tehran bütün nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını dünyaya nümayiş etdirmək niyyətindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər