Prokurorluq
Dünya
254
16 Feb 2026 | 23:25

Prokurorluq "Crocus City Hall"a hücum edənlər üçün ömürlük həbs cəzası istəyib

"Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı on beş təqsirləndirilən şəxsə ömürlük həbs cəzası istəyib.

Moderator.az xəbər verir ki, məlumatı Baş Prokurorluğun mətbuat xidməti "Vedomosti" nəşrinə təsdiqləyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə - Alişer Qasimov, Aminçon və Dilovar İslomov qardaşları, eləcə də onların atası İsraol istisna olmaqla - ömürlük həbs cəzası tələb edib. Adıçəkilən şəxslər üçün isə 19 il 11 aydan təxminən 23 ilədək azadlıqdan məhrumetmə cəzası istənilib.

İstintaqla müəyyən edilib ki, İslomov ailəsi terrorçulara "Renault" markalı avtomobil verib, həmçinin mənzil kirayəsi və maliyyə məsələlərində onlara yardım göstərib.

Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin Rusiya vətəndaşlığından məhrum edilməsini də tələb edib.

Xatırladaq ki, "Crocus City Hall" konsert salonunda faciə 22 mart 2024-cü ildə baş verib. Dörd silahlı şəxs "Piknik" qrupunun çıxışını izləyən tamaşaçılara atəş açıb. Hücum nəticəsində 149 nəfər həlak olub, bir nəfər itkin düşüb, 690 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Link kopyalandı!
Son xəbərlər