02:58
12°C
Bakı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2026-cı il üçün dövlət proqramını təsdiqləyib. Sənədə əsasən, pedofiliya cinayətinə görə ömürlük həbs cəzası tətbiq olunur, qadınlara və uşaqlara qarşı zorakılığa görə cəzalar isə sərtləşdirilir.
Moderator.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət proqramının maliyyələşdirilməsi üçün 250.5 trln sum (təxminən 20.5 milyard dollar) ayrılması və əlavə olaraq 50.4 milyard dolların cəlb edilməsi planlaşdırılır.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında deputat Dilnoza Əzizova pedofillər üçün ömürlük həbs cəzasının tətbiqini təklif etmişdi. Bu təşəbbüs Namanqan vilayəti ərazisində bir kişinin yeddi yaşlı qohumunu zorlamasından sonra geniş müzakirə olunmağa başlanmışdı.