Fevralın 16-da Moskvada azərbaycanlı evli cütlük müəmmalı şəkildə ölüblər.
Moderator.az MK-ya istinadən xəbər verir ki, hadisə "Salaryevo Park" yaşayış kompleksində baş verib.
Kişi və qadının meyitləri yaşadıqları binanın yaxınlığında tapılıb. Onların özlərini yaşadıqları evin pəncərəsindən atmaları ehtimalı araşdırılır.
Vasif və Aygün (Rusiya saytları onları belə təqdim edir - red.) Xantı-Mansi Muxtar Dairəsində işgüzar fəaliyyətə başlayıblar və orada geyim və alt paltarı mağazası açıblar. Bir neçə il əvvəl ailə Moskvaya köçüb, bizneslərini uğurla davam etdiriblər. Cütlüyün evlərinin yaxınlığında yeni bir mağaza açdıqları da məlumdur.
"Baza"nın məlumatına görə, ər-arvad mehriban və ünsiyyətcil olublar. Kişi iş adamı olub və onların üç azyaşlı uşağı var.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.
Qurbanların 5 yaşlı uşağı faciə zamanı mənzildə olub. O, hazırda müvəqqəti olaraq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.