Fevralın 10-11-də Madaqaskarda şiddətlənən "Gezani" tropik siklonu nəticəsində ölənlərin sayı 59-a çatıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, yenilənmiş rəqəmlər Milli Risk və Fəlakətlərin İdarə Edilməsi Bürosunun rəsmi açıqlamasında təqdim olunub.
"Fəlakət ölkənin beş bölgəsində 25 rayona təsir edib. Əlli doqquz nəfər həlak olub, 15 nəfərin taleyi məlum deyil, daha 804 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə, siklonun təsirindən 423 mindən çox sakin zərər çəkib", - sənəddə vurğulanır.
Fevralda Madaqaskar hakimiyyəti "Gezani" tropik siklonunun yenidən yaxınlaşması təhlükəsi ilə əlaqədar qırmızı həyəcan siqnalı verib. Hökumət cənub-qərb bölgələrinin sakinlərinə evdə qalmağı tövsiyə edib və gəmilərə limanlarını tərk etməmək tapşırılıb.