23:35
10°C
Bakı
İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoljaric ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı tərəflər beynəlxalq humanitar hüquq, həmçinin İran və BQXK arasında əməkdaşlığı müzakirə ediblər.
Abbas Əraqçi bütün hökumətlərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranın XİN rəhbəri Omanın vasitəçili ilə ABŞ ilə nüvə danışıqları aparmaq üçün Cenevrəyə səfər edib.