Dünya
276
19:50, Bu gün

"X" sosial şəbəkəsində irimiqyaslı nasazlıq: Problemlər qismən aradan qaldırılıb

"X" sosial şəbəkəsinin fəaliyyətində yaranmış irimiqyaslı nasazlıq qismən aradan qalxmağa başlayıb.

Moderator.az bu barədə "Forbes" nəşrinə istinadən xəbər verir.

İstifadəçi bildirişlərini izləyən "Downdetector" saytında problemlərlə bağlı məlumatların sayı Bakı vaxtı ilə saat 16:15-də qeydə alınan 15 müraciətdən, saat 16:45-ə qədər kəskin artaraq 40 313-ə çatıb.

Təxminən bir saat sonra şikayətlərin sayı 8 000-ə qədər azalıb və istifadəçilər platformaya yenidən daxil olmağa başlayıblar.

Məlumatların yarısı mobil tətbiqdə yaranan problemlərlə bağlı olub. Digər şikayətlər isə xəbər lentinə çıxış və saytın masaüstü (desktop) versiyasında yaranan çətinliklərlə əlaqədar qeydə alınıb.

"X" şirkəti "Forbes" nəşrinin nasazlıqla bağlı şərh sorğusuna dərhal cavab verməyib. Platformanın tərtibatçılar üçün nəzərdə tutulmuş status səhifəsində isə səhər boyu "bütün sistemlər işləyir" qeydi göstərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər