Britaniya və Almaniya vətəndaşlarına Rusiyaya qarşı müharibəyə hazırlaşmaq çağırışı
Dünya
285
19:30, Bu gün

Britaniya və Almaniya vətəndaşlarına Rusiyaya qarşı müharibəyə hazırlaşmaq çağırışı

Böyük Britaniya və Almaniyanın hərbi rəhbərliyi öz ictimaiyyətlərinə Rusiya ilə potensial silahlı münaqişəyə hazırlaşmaq üçün müraciət ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Qeyd edilib ki, hərbi liderlər ölkələrinin vətəndaşlarını kollektiv təhlükəsizliyin təmin edilməsi maraqları naminə müdafiə xərclərinin artmasının və bununla bağlı iqtisadi çətinliyinin qaçılmazlığını qəbul etməyə çağırıblar.

Təşəbbüsün müəllifləri vurğulayırlar ki, ordunun sürətləndirilmiş modernizasiyası və döyüş əməliyyatlarına hazırlıq xəbərdarlıqları eskalasiya və ya münaqişənin qızışdırılması deyil.

Bununla yanaşı, Britaniya və Almaniya hazırkı iqtisadi çətinliklər fonunda hələlik hərbi xərclərin kəskin artırılmasını kütləvi dəstəkləməyə hazırlıq ifadə etmirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər