21:09
11°C
Bakı
Rusiya Prezidenti Vladimir Putin Sergey İvanovu ölkənin Təhlükəsizlik Şurasının (TŞ) tərkibindən çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda qeyd edilib ki, İvanov TŞ-nin daimi üzvü idi.
O bir müddət əvvəl dövlət başçısının təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İvanov xüsusi nümayəndə vəzifəsindən öz istəyi ilə ayrılıb.
İvanov müxtəlif illərdə TŞ-nin katibi, müdafiə naziri, baş nazirin birinci müavini, prezident administrasiyasının rəhbəri postlarını tutub.