Fevralın 16-da səhər saatlarında astrofiziklər Günəşin səthində böyük partlayış qeydə alıblar.
Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat dərc olunub.
Maksimum şüalanma Moskva vaxtı ilə saat 7:35-də (Bakı vaxtı ilə saat 8:35 - red.) qeydə alınıb və M2.4 gücündə qiymətləndirilir.
Bu hadisə "sürpriz" sayılır, çünki əvvəlki günlərdə Günəşin aktivliyi minimal olub. Ötən həftəsonu partlayışların qrafiki praktiki şəkildə düz xətti xatırladıb.
Hazırkı partlayışın spesifikliyi onun ulduzun görünməz tərəfində, faktiki olaraq üfüqün arxasında yerləşməsinə görədir.
Qeyd edilib ki, partlayışla bağlı Yer kürəsi əhalisinin narahat olmağa ehtiyacı yoxdur. Tədqiqatçılar planetimiz üçün heç bir təhlükənin olmadığını vurğulayıblar. Partlayışın plazma kütlələri Yerdən yan keçir. Yaxın zamanlarda bu halı koronoqrafların fotolarında görmək mümkün olacaq.