Rostovda miqrantlara kuryer və ərzaq mağazalarında satıcı işləmək qadağan edilib
Dünya
179
16:40, Bu gün

Rostovda miqrantlara kuryer və ərzaq mağazalarında satıcı işləmək qadağan edilib

Rusiyanın Rostov vilayətində miqrantlara aprelin 1-dən etibarən kuryer və ərzaq mağazalarında satıcı kimi işləmək qadağan ediləcək.

Moderator.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru fərman imzalayıb.

Qadağa yalnız iş icazəsi ilə işləyənlərə şamil edilir. Yəni, Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına şamil edilməyəcək.

Qeyd edək ki, məlum qadağa Rusiyanın bir sıra regionlarında tətbiq olunub. Bir müddət öncə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda miqrantlara taksi fəaliyyəti ilə məşğul olmaq qadağan olunmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər