Müdafiə Nazirliyinin 592 milyonunu oğurlayan şəxsə hökm oxundu
Dünya
302
16:10, Bu gün

Müdafiə Nazirliyinin 592 milyonunu oğurlayan şəxsə hökm oxundu

Moskva qarnizon hərbi məhkəməsi Rusiya Müdafiə Nazirliyinə məxsus 592 milyon rubl (13 milyon manatdan çox) məbləğində vəsaitin oğurluğu və mənimsənilməsində təqsirləndirilən texnika elmləri namizədi, istefada olan kontr-admiral Nikolay Kovalenkoya 4 il 6 ay müddətinə iş kəsilib.

Bu barədə Moderator.az TASS-a istinadən xəbər verir.

"Nikolay Kovalenko təqsirli bilinsin və 4 il 6 ay müddətinə ümumi rejimli koloniya cəzası və 500 min rubl (11 min manatdan çox) məbləğində pul cəriməsinə məhkum edilsin. Səhhətindəki problemlər səbəbindən o, azadlıqdan məhrumetmə formasındakı əsas cəzadan azad edilsin", - deyə hakim bildirib.

Zenit-raket sistemləri üçün ehtiyat hissələrinin, əmlakın və ləvazimatların təmiri üçün dövlət müqavilələrinin yerinə yetirilməsinə yönəlmiş vəsaitlərin oğurlanmasında iştirakçı olan digər şəxslər üç ildən səkkiz ilə qədər ümumi rejimli koloniya cəzası alıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2013-17-ci illərdə Saratov Radio Cihazları Zavodu, "Soyuz-M" və "Elektropribor" zavodu ilə imzalanmış dörd dövlət müqaviləsi çərçivəsində ayrılan maliyyə vəsaitlərini mənimsəyiblər. Şirkətlər 592 milyon rubl dəyərində təmir adı altında, əslində, 2012-ci ildə 40 milyon rubla (888 min manatdan çox) əldə edilmiş yararsız detalları tədarük ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər