Tanınmış aktrisa VƏFAT ETDİ
Dünya
242
14:03, Bu gün

Tanınmış aktrisa VƏFAT ETDİ

Sovet və rus kino aktrisası Lyudmila Solodenko 13 fevral tarixində 76 yaşında vəfat edib.
 
Bu barədə kino-teatr.ru portalı məlumat yayıb.
 
Aktrisa “Kin-Dza-Dza” və “Dünyanın Səkkizinci Möcüzəsi” filmlərindəki rolları ilə geniş tamaşaçı auditoriyasına tanış idi. Ölüm səbəbi açıqlanmayıb.
 
Lyudmila Solodenko 4 sentyabr 1949-cu ildə Odessada anadan olub. O, Ümumrusiya Estrada Sənəti Yaradıcılıq Emalatxanasını bitirib və 1972-ci ildən aktyorluq fəaliyyətinə başlayıb.
 
Yaradıcılığı ərzində 18 layihədə iştirak edən aktrisa “Gecənin Salnaməsi”, “Xoakin Murietanın Ulduzu və Ölümü”, “TASS-ın Elan Etmək Səlahiyyəti…”, “Xüsusi Məqsədli Kurort” və digər filmlərdə rol alıb. /Ajans.az/
Link kopyalandı!
Son xəbərlər