Eks-prezident Obamadan sensasion açıqlama:
Dünya
286
08:20, Bu gün

Eks-prezident Obamadan sensasion açıqlama: "Yadplanetlilər realdır"

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını bəyan edib.
 
Moderator.az xəbər verir ki, Obama ufoloqlar arasında qəzaya uğramış uçan naməlum obyektlərin (UNO) və yadplanetlilərin cəsədlərinin saxlanıldığı yer hesab edilən "Zona 51" hərbi bazasında belə faktların olmadığını bildirib.
 
"Onlar realdırlar, lakin mən onları görməmişəm və onları "Zona 51"də gizlətmirlər. Yeraltı tikili mövcud deyil - əlbəttə, əgər bunu ABŞ prezidentindən gizlədən hansısa nəhəng biri yoxdursa", - deyə Obama bloqer Brayan Tayler Koenin podkastında qeyd edib.
 
Qeyd edək ki, "Zona 51" Las-Veqasdan təxminən 130 kilometr şimal-qərbdə yerləşir və Nevada Tədris və Sınaq Mərkəzinin bir hissəsidir. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər