İndoneziyalı siyasətçilər və iş adamları Putini qəhrəman sayırlar
Dünya
329
13:46, Bu gün

İndoneziyalı siyasətçilər və iş adamları Putini qəhrəman sayırlar

İndoneziya siyasətçiləri və iş adamları Rusiya Prezidenti Vladimir Putini qəhrəman adlandırırlar.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.

"Dünən mən aparıcı indoneziyalı iş adamı ilə danışdım və o, Rusiya nümayəndə heyətinə açıq şəkildə "Putin mənim qəhrəmanımdır, mən ona heyranam" dedi", - səfir bildirib.

Tolçenov qeyd edib ki, Rusiya liderinə qarşı oxşar tərifləri gənc indoneziyalılardan da eşidilir. Səfir əlavə edib ki, yaşlı siyasətçilər Putinə heyranlıqlarını sözdə deyil, əməldə" nümayiş etdirirlər. O, Rusiyaya tez-tez səfər edən və Putinlə birbaşa dialoq quran İndoneziya prezidenti Prabovo Subiantonu buna nümunə kimi göstərib.

 

(publika)

Link kopyalandı!
Son xəbərlər