14:39
13°C
Bakı
Suriyanın keçmiş hökumətini dəstəkləyən mahnılar ifa etməsi ilə tanınan müğənni Camal Əsəf Hələbdə həbs olunan zaman öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə Suriya televiziya kanalı “Syria TV” məlumat yayıb.
Kanalın məlumatına görə, Camal Əsəf Əl-Furdus ərazisində onu saxlamağa cəhd zamanı təhlükəsizlik patrulunun iştirakı ilə baş verən atışma zamanı öldürülüb.
Hadisə nəticəsində daxili təhlükəsizlik qüvvələrinin bir əməkdaşı yaralanıb və tibbi yardım üçün xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb. Kanal həmçinin həbsin hansı ittihamlarla planlaşdırıldığını da açıqlamayıb.
(publika)