Yerdə maqnit qasırğası başlayıb
Dünya
343
12:35, Bu gün

Yerdə maqnit qasırğası başlayıb

Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit qasırğası başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Qeyd olunub ki, aadisənin pik nöqtəsi Bakı vaxtı ilə saat 06 radələrində qeydə alınıb və 1-dən 5-ə qədər olan şkala üzrə G1.3 təşkil edib.

Laboratoriyanın məlumatına görə, geomaqnit həyəcanlanmalarının ümumi davam etmə müddəti iki sutkaya qədər ola bilər. Alimlər qeyd edirlər ki, bu müddət ərzində qasırğanın G2 (orta) səviyyəsindən yuxarı qalxması ehtimalı azdır.

G1 səviyyəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sistemlərinə kiçik təsirlər göstərə bilər, həmçinin zəif qasırğaların təsiri zamanı yüksək enliklərdə (60 dərəcəyə qədər) qütb parıltıları müşahidə oluna bilər.

Link kopyalandı!
Son xəbərlər