İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Qəzza sektorundakı münaqişənin nizamlanması üzrə Sülh Şurasında müşahidəçi statusu ilə təmsil olunacağını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir İtaliya-Afrika sammiti çərçivəsində səfər etdiyi Efiopiyanın paytaxtı Əddis-Əbəbədə jurnalistlərə açıqlamasında bildirib.
C. Meloni qeyd edib ki, müşahidəçi statusu ölkənin konstitusiya normaları ilə bağlı yaranan hüquqi çətinlikləri aradan qaldırmaq üçün ən uyğun formatdır:
"Biz müşahidəçi qismində dəvət almışıq və bunu yaxşı həll yolu hesab edirik. Konstitusiyamızdakı müəyyən məhdudiyyətlər bizə Sülh Şurasına tamhüquqlu üzv kimi daxil olmağa imkan vermirdi. Bu dəvətə müsbət cavab verəcəyik və müşahidəçi ölkə kimi prosesdə iştirak edəcəyik".
Baş nazir nümayəndəliyin səviyyəsi ilə bağlı qəti qərarın hələ qəbul edilmədiyini də qeyd edib.