Finlandiya Prezidenti Aleksandr Stubb Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonсo-İveala ilə söhbəti zamanı ölkəsinin gücü və boyu haqqında zarafat edib.
Moderator.az xəbər verir ki, bu barədə "Ilta-Sanomat" qəzeti məlumat yayıb.
Söhbət əsnasında Okonсo-İveala Finlandiyanı "orta güc" adlandırıb.
Həmin termin supergüc hesab olunmasa da, əhəmiyyətli təsirə malik dövlətləri təsvir etmək üçün istifadə olunur.
"Əgər mən baş direktorun sözlərini düzgün başa düşdümsə, mən onun dedikləri ilə nəinki tamamilə razıyam, həm də o, indicə Finlandiyanı "orta güc" adlandırdı, buna görə çox sağ olun", - deyə Stubb bildirib.
Öz növbəsində, ÜTT başçısı Finlandiya liderinə onu eşitdiyini xatırladıb.
"Mən hələ də burada oturmuşam, özümün tam 190 santimetr boyumla", - deyə prezident cavab verərək gülüb.