On dəqiqəyə 30 milyon dolları apardılar - VİDEO
Dünya
229
15:20, Bu gün

On dəqiqəyə 30 milyon dolları apardılar - VİDEO

İstanbulda inanılmaz oğurluq hadisəsi baş verib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, canilər Bakırköy rayonunda yaşayış kompleksinin dayanacağından cəmi on dəqiqə ərzində 30 milyon dollar aparıblar.

Prosesin gedişatını təhlükəsizlik kameraları qeydə alıb, təfərrüat bəlli olub.

Görüntülərdən aydın olub ki, valyutadəyişmə məntəqəsini bağlayan bir iş adamı 30 milyon dolları kisələrdə daşıyaraq dayanacaqdakı avtomobillərin içərisində saxlayıb.

Dörd nəfər cani yüksək təhlükəsizlik xidmətlərinə malik kompleksə daxil olaraq iki avtomobilin baqajının şüşələrini sındırıblar və pulla dolu kisələri aparıblar.

Oğrular əraziyə öz maşınları ilə daxil olublar, ələ keçirdikləri küllü miqdarda pulu öz avtomobillərinə yükləyiblər.

Şübhəli şəxslərin tutulması üçün İstanbul, Antalya və Kocaelidə eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyat zamanı 7 şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb.

Ünvanlarda aparılan axtarışlar zamanı 1 milyon 670 min 500 dollar, 13 200 türk lirəsi, 860 narkotik həb, üç tapança müsadirə edilib.

Qalan pulların taleyi hələlik məlum deyil.

 

Link kopyalandı!
Son xəbərlər