16:10
14°C
Bakı
Avropa NATO ölkələri tərəfindən maliyyələşdirilən proqram çərçivəsində ABŞ 2026-cı ildə Ukraynaya ümumi dəyəri təxminən 15 milyard dollar olan silah istehsalı və tədarükü edəcək.
Moderator.az xəbər verir ki , bu barədə NATO-nun baş katibi Mark Rütte PBS-ə verdiyi müsahibədə danışıb.
"Amerika tərəfi Ukraynaya təchizatı dayandırmayıb. ABŞ tədarük etməyə hazırdır. Bunu fasiləsiz və maneəsiz edir", - deyə Rütte qeyd edib.
NATO-nun baş katibi bildirib ki, alyans hər ay Ukraynaya təxminən bir milyard avro yardım göndərir. Bu il isə təxminən 15 milyard dollar (12 milyard avro) dəyərində kritik silah və avadanlıqlar, o cümlədən raketlər və hava hücumundan müdafiə sistemləri göndəriləcək.