Rubio Çin XİN rəhbəri ilə görüşüb
Dünya
336
11:50, Bu gün

Rubio Çin XİN rəhbəri ilə görüşüb

Çinin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

Tərəflər müxtəlif sahələrdə dialoq və əməkdaşlığı gücləndirmək və Çin-ABŞ münasibətlərinin davamlı inkişafını təşviq etmək barədə razılığa gəliblər.

“Çinlə ABŞ qarşılıqlı hörmət və fayda prinsiplərinə əməl etdiyi müddətcə, tərəflər bir-birinin narahatlıqlarını həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün yollar tapa biləcəklər”, - Çin XİN rəsmisi qeyd edib.

Link kopyalandı!
Son xəbərlər