Parisin mərkəzində polisə bıçaqlı hücum edildi
Dünya
197
13 Feb 2026 | 23:50

Parisin mərkəzində polisə bıçaqlı hücum edildi

Fransanın paytaxtı Parisin mərkızində, Zəfər Tağının yaxınlığında bıçaqla silahlanmış naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum. Nəticədə jandarmlardan biri xidməti silahından atəş açmalı olub və həmin şəxsi yaralayıb.

Moderator.az-ın məlumatına görə, bu barədə "Le Figaro" polisdəki mənbəyə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, yaralı şəxs saxlanılıb və xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər