Türkiyədə əcnəbilərin yarısı İstanbul və Antalyada yaşayır
Dünya
307
13 Feb 2026 | 21:40

Türkiyədə əcnəbilərin yarısı İstanbul və Antalyada yaşayır

Türkiyədə rəsmi yaşayış icazəsi olan əcnəbilərin ən azı 49 faizi İstanbul və Antalyada qeydiyyata alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında deyilir.

TÜİK-in məlumatına görə, ötən il Türkiyədə yaşayan əcnəbilərin sayı 38 min 968 nəfər artıb. Belə ki, 2024-cü ildə Türkiyədə rəsmi yaşayış icazəsi 1 milyon 480 min 547 əcnəbiyə verildiyi halda, ötən il bu göstərici 1 milyon 519 min 515 nəfərə çatıb. Bu statistikaya qaçqınlar daxil deyil.

Hazırda əcnəbilərin təxminən 40 faizi (607 min 276 nəfər) Türkiyənin ən böyük şəhəri olan İstanbulda, 9 faizi (132 min 302 nəfər) isə Antalyada yaşayır. Əcnəbilər arasında ən populyar olan Türkiyə vilayətlərinin ilk beşliyinə, həmçinin Ankara (128 min 633 nəfər), Bursa (54 min 705 nəfər) və Mersin (43 min 315 nəfər) daxildir.

Əcnəbilərin ən az qeydə alındığı vilayətlər isə Muş, Tunceli, Bingöl, Kilis və Bayburtdur. Bu vilayətlərin hər birində qeydiyyatda olan əcnəbilərin sayı min nəfərdən azdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər