Ərdoğan əs-Sudani ilə terrorla mübarizədə əməkdaşlığı müzakirə edib
Dünya
324
13 Feb 2026 | 21:30

Ərdoğan əs-Sudani ilə terrorla mübarizədə əməkdaşlığı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə telefon danışığı aparıb.

Moderator.az-ın məlumatına görə, telefon danışığı zamanı Türkiyə-İraq ikitərəfli münasibətləri, regional və qlobal məsələlər, eləcə də terrorla mübarizə mövzuları müzakirə olunub.

Ərdoğan ticarət başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiriləcəyini, terrorla mübarizədə iş birliyinin gücləndirilməsinin hər iki ölkə üçün vacib olduğunu bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər