İsrail ordusu Qəzzanı tərksilah etmək niyyətindən imtina etməyib
Dünya
181
21:10, Bu gün

İsrail ordusu Qəzzanı tərksilah etmək niyyətindən imtina etməyib

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzza zolağının cənubundakı Rəfah bölgəsinə səfər edərək orada yerləşən qoşunları yoxlayıb.

Moderator.az xəbər verir ki, hərbçilərlə söhbətində o, İsrailin Qəzzanı silahsızlaşdırmaq məqsədinin dəyişməz qaldığını və ordunun həmişə müdafiədən hücum əməliyyatına keçməyə hazır olduğunu vurğulayıb.

"Biz müharibə məqsədlərimiz olan Qəzza zolağının tam silahsızlaşdırılmasından və HAMAS-ın tərksilah edilməsindən imtina etmirik. Biz siyasi rəhbərliyin təlimatlarına uyğun hərəkət edir, onların radikalların məğlubiyyəti üçün qoyduğu hərbi planları qoruyur və lazım olduqda müdafiə əməliyyatlarına hazırıq", - o deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər