Türkiyədə silahlı şəxs müəllimə hücum etdi
Dünya
342
20:40, Bu gün

Türkiyədə silahlı şəxs müəllimə hücum etdi

Türkiyənin Bursa vilayətində qadın müəllim dərsdən çıxarkən silahlı hücuma məruz qalıb.

Moderator.az İHA-ya istinadən xəbər verir ki, yaralanan pedaqoq dərhal xəstəxanaya yerləşdirilib.

Məlumatlara görə, özəl məktəblərin birində müəllim işləyən Gizem N. dərslər bitdikdən sonra binadan çıxarkən keçmiş nişanlısı olduğu irəli sürülən şəxs tərəfindən silahlı hücuma məruz qalıb.

Qeyd olunub ki, şübhəli şəxs yanında gətirdiyi tapança ilə gənc qadına atəş açıb və dərhal hadisə yerindən qaçaraq izini itirməyə çalışıb.

Hadisə yerindən qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər