Gürcüstan martdan etibarən əcnəbilərin işinə sərt məhdudiyyət qoyur
Dünya
222
18:45, Bu gün

Gürcüstan martdan etibarən əcnəbilərin işinə sərt məhdudiyyət qoyur

Martın 1-i tarixindən Gürcüstanda əcnəbilərin işə götürülməsi qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

Moderator.az-ın Apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib.

Baş nazir bildirib ki, hökumət qanunun effektiv icrasına görə tam məsuliyyət daşıyır. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ötən il əvvəlki 10 ilin ümumi göstəricisindən daha çox qanunsuz miqrantı deportasiya edib. Qeyd olunub ki, hazırda sayı 20 mini keçən qanunsuz miqrantların mərhələli şəkildə ölkədən çıxarılması planlaşdırılır.

Kobaxidze onu da xatırladıb ki, 2017-ci ildə konstitusiyaya edilən dəyişikliklə kənd təsərrüfatı torpaqlarının əcnəbilərə verilməsi qadağan edilib və vurğulayıb ki, bu addımlar ölkənin milli maraqlarının, iqtisadi təhlükəsizliyinin və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər