20:26
11°C
Bakı
Ukrayna Daxili İşlər Nazirliyi (DİN) ölkə lideri Volodimir Zelenskinin ofisinin rəhbərinin keçmiş müavini Rostislav Şurma və qardaşı Oleqin axtarışa verildiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, hər iki qardaş dünəndən axtarışda olanların siyahısına daxil edilib.
Qeyd edək ki, Şurma 2021-ci ilin noyabrından 2024-cü ilin sentyabrına qədər Andrey Yermakın rəhbərliyi altında Ukrayna prezidentinin ofisində çalışıb.