Avropa İttifaqında yeni dövr: Ölkələr inteqrasiyanı seçəcək
Dünya
244
17:50, Bu gün

Avropa İttifaqında yeni dövr: Ölkələr inteqrasiyanı seçəcək

Belçikada keçirilən qeyri-rəsmi sammitdə Avropa İttifaqı (Aİ) liderləri üzv ölkələrə inteqrasiya layihələrində könüllü iştirak imkanı verən "Müxtəlif sürətli Avropa" modelinə keçidlə bağlı razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Hazırda Aİ-də əsas qərarlar yekdilliklə qəbul olunur və bu geniş islahatları çətinləşdirir. Yeni model isə ölkələrə istədikləri layihələrə qoşulmaq imkanı verir və ittifaq daxilində fərqli inteqrasiya səviyyələrinin yaranmasını nəzərdə tutur.

Limburqda keçirilən görüşdə geosiyasi gərginliklər fonunda iqtisadi artım məsələləri müzakirə olunub, könüllü inteqrasiya təşəbbüsü dəstəklənib.

Avropa Komissiyası martda təqdim ediləcək islahat planı hazırlayır. Sənəddə qaydaların sadələşdirilməsi, startapların maliyyələşdirilməsi, ortaq kapital bazarının yaradılması və şirkətlərin 48 saat ərzində onlayn qeydiyyatı kimi tədbirlər yer alacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər