ABŞ-də 1,6 milyon əcnəbi deportasiya təhlükəsi ilə üzləşib
Dünya
174
17:30, Bu gün

ABŞ-də 1,6 milyon əcnəbi deportasiya təhlükəsi ilə üzləşib

ABŞ-də təxminən 1.6 milyon sənədsiz immiqrant deportasiya təhlükəsi ilə üzləşib.

Moderator.az-ın xəbərinə görə, bunu İmmiqrasiya və Gömrük Mühafizəsinin (İGM) direktoru vəzifəsini icra edən Todd Lyons bildirib.

"Fox News"un məlumatına görə, Lyons bu rəqəmləri cümə axşamı Senatın Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsinin üzvləri qarşısında hesabat verərkən açıqlayıb. O, əlavə edib ki, həmin immiqrantlardan təxminən 800 mininin cinayət əməli qeydə alınıb.

Daha əvvəl İGM-nin direktoru vəzifəsini icra edən şəxs bildirib ki, qurum xarici vətəndaşlığı olan 7 mindən çox mütəşəkkil cinayətkar qrup üzvünü, eləcə də 1 400-dən çox terrorçu kimi axtarılan şəxsi saxlayıb.

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem isə xeyli öncə demişdi ki, 2025-ci ilə qədər 3 milyon miqrant ölkəni tərk edəcək, onlardan təxminən 800 mini zorla deportasiya olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər