Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk
Dünya
307
16:57, Bu gün

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

Ermənistanla Türkiyə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması ilə bağlı artıq əldə olunmuş razılaşmaların tezliklə icrası istiqamətində danışıqları davam etdirirlər.

Moderator.az xəbər verir ki, bu barədə “Armenpress” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadən məlumat yayıb.

“Mən tarixlərlə bağlı heç nə deyə bilmərəm. Biz Türkiyə ilə əldə olunmuş razılaşmaların yerinə yetiriləcəyinə ümid edirik. Razılaşmaların mümkün qədər tez həyata keçirilməsi üçün Türkiyə tərəfi ilə danışıqları davam etdiririk”, – Qriqoryan qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər