Zelenskinin Ofisi Rusiya və ABŞ-ın iştirakı ilə növbəti danışıqların Cenevrədə keçiriləcəyini təsdiqləyib
Dünya
245
16:45, Bu gün

Zelenskinin Ofisi Rusiya və ABŞ-ın iştirakı ilə növbəti danışıqların Cenevrədə keçiriləcəyini təsdiqləyib

Ukrayna Prezidentinin Ofisi Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.

Moderator.az-ın "Evropeyskaya pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Volodimir Zelenskinin müşaviri Dmitri Litvin bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.

"Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”, - Zelenskinin müşaviri vurğulayıb.


Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün Rusiya, Ukrayna və ABŞ arasında danışıqların keçiriləcəyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər