19:36
11°C
Bakı
Ukrayna Prezidentinin Ofisi Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.
Moderator.az-ın "Evropeyskaya pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Volodimir Zelenskinin müşaviri Dmitri Litvin bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.
"Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”, - Zelenskinin müşaviri vurğulayıb.
Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün Rusiya, Ukrayna və ABŞ arasında danışıqların keçiriləcəyini bildirib.