Qarabağı könüllü tərk etmiş ermənilərdən 30 mini artıq Ermənistan vətəndaşlığı alıb
Dünya
180
16:40, Bu gün

Qarabağı könüllü tərk etmiş ermənilərdən 30 mini artıq Ermənistan vətəndaşlığı alıb

Qarabağı könüllü tərk etmiş ermənilərdən 30 mini artıq Ermənistan vətəndaşlığı alıb.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün İrəvanda keçirilən mətbuat konfransında daxili işlər naziri Arpine Sarkisyan məlumat verib.

Nazirin sözlərinə görə, 2025-ci ilin dekabrında vətəndaşlıq alanların sayı 26 mindən bir qədər çox idi: “Vətəndaşlıq alan ermənilərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edən şəxslərdir”.

Sarkisyan bildirib ki, vətəndaşlıq alma prosesi xeyli sadələşdirilib və sürətləndirilib. Əvvəllər müvafiq platformaya gündə təxminən 40 müraciət daxil olurdusa, hazırda bu rəqəm 200-ə qədər yüksəlib.

Nazir əlavə edib ki, indiyədək heç bir müraciətə imtina verilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər