ABŞ-nin ən müasir aviadaşıyıcısı Yaxın Şərqə göndərilir: Bölgədə gərginlik artır
Dünya
432
12:32, Bu gün

ABŞ-nin ən müasir aviadaşıyıcısı Yaxın Şərqə göndərilir: Bölgədə gərginlik artır

ABŞ-nin "Gerald R. Ford" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Karib dənizindən Yaxın Şərqə dislokasiya olunacaq.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri öz mənbələrinə istinadən məlumat verib.
 
Məlumata görə, gəmi ekipajına bildirilib ki, Fars körfəzində "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupuna qoşulacaq.
 
Nəşr xatırladır ki, "Gerald R. Ford" ötən ilin iyun ayında Virciniya ştatındakı Norfolk limanını tərk edib və oktyabr ayında Karib dənizinə istiqamətləndirilib. Aviadaşıyıcı yanvarın 3-də Karakasa edilən hücuma cəlb edilib, gəminin yerləşdirilmə müddəti bundan əvvəl artıq bir dəfə uzadılmışdı.
 
Nəşr vurğulayır ki, ekipaj mart ayının əvvəlində bazaya dönməyi nəzərdə tutsa da, yeni dislokasiya səbəbindən dənizçilərin evə qayıdışı, ehtimal, aprelin sonu və ya mayın əvvəlinə qədər təxirə salınacaq.
 
NYT əlavə edir ki, bu vəziyyət gəmiyə tələb olunan texniki qulluğun vaxtında həyata keçirilməsini ləngidəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər