Alimlərdən həyəcan təbili: Şimal yarımkürəsində buzlaqlar sürətlə əriyir
Dünya
317
09:15, Bu gün

Alimlərdən həyəcan təbili: Şimal yarımkürəsində buzlaqlar sürətlə əriyir

Planetdə baş verən iqlim proseslərini izləmək üçün mühüm göstərici hesab olunan Şpitsbergendəki Aldeqonda buzlağının növbəti 30 il ərzində tamamilə əriyəcəyi proqnozlaşdırılır.
 
Moderator.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimlərinin araşdırmalarına əsasən qurumun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, son beş il ərzində Şpitsbergen arxipelaqında yerləşən Aldeqonda buzlağının səthindən 10 metr su ekvivalenti həcmində kütlə itib. Hazırda buzlağın orta qalınlığı 39 metrə qədər azalıb.
 
Buzlaq kütləsinin kəskin azalması hava temperaturunun yüksəlməsi ilə əlaqələndirilir. Qeyd olunur ki, son illərdə Arktikada müşahidələr tarixində ən isti illərdən bir neçəsi qeydə alınıb. Nəticədə buzlaq rekord səviyyədə mənfi kütlə balansına çatıb.
 
Alimlərin fikrincə, kütlə itkisinin mövcud tempi davam edərsə, 30 ildən sonra buzlaq tamamilə yox ola bilər.
 
Hesablamalara əsasən, Aldeqonda buzlağı artıq ümumi kütləsinin təxminən 20 faizini itirib.
 
İnstitutun əməkdaşı Anton Terexov bildirib ki, son onillikdə buzlaq kütləsini misli görünməmiş sürətlə itirir və bu, Arktikada qeydə alınan rekord istilərlə üst-üstə düşür:
 
"Bu dövr Arktikada iqlim müşahidələri tarixinin ən isti illərindən bəzilərinə təsadüf edib. Aldeqonda buzlağının, eləcə də ümumilikdə Şpitsbergen buzlaqlarının kütlə balansı maksimum mənfi səviyyəyə çatıb".
 
Onun sözlərinə görə, Aldeqonda buzlağı planetdə baş verən irimiqyaslı iqlim proseslərinin indikatoru kimi çıxış edir. Bu buzlağın müşahidəsi alimlərə Şimal yarımkürəsində gedən iqlim dəyişikliklərini izləməyə imkan verir.
 
Terexov əlavə edib ki, buzlaqlar hazırda kütlələrini misli görünməmiş sürətlə itirirlər. İqlim rekonstruksiyalarına görə, Şpitsbergendə buzlaqların bu cür azalması son dörd min il ərzində hətta mamontların yaşadığı dövrdə belə müşahidə olunmayıb. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər