Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir
Dünya
372
09:05, Bu gün

Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir

Məhəmməd adı Avropanın bir sıra böyük şəhərlərində yeni doğulan oğlan uşaqları arasında ən geniş yayılmış ad kimi qeydə alınıb.
 
Bu barədə "World of Statistics" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
 
Məlumata əsasən, Məhəmməd adı Böyük Britaniya, Almaniya, Belçika, Niderland və Norveçdə xüsusilə populyarlaşıb. London, Mançester, Berlin, Brüssel, Amsterdam və Oslo kimi iri şəhərlərdə valideynlər oğlan övladlarına daha çox bu adı verirlər.
 
Qeyd edək ki, Azərbaycanda da Məhəmməd adı oğlan uşaqları arasında ən çox seçilən adlardan biridir. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər