Niger Fransa ilə hərbi qarşıdurma vəziyyətinə keçir
Dünya
319
12 Feb 2026 | 23:54

Niger Fransa ilə hərbi qarşıdurma vəziyyətinə keçir

Niger Fransa ilə hərbi qarşıdurma vəziyyətinə keçir.

Moderator.az "Jeune Afrique" nəşrinə istinadən xəbər verir ki, müvafiq bəyanatı Niger dövlət başçısının hərbi qərargah rəisi Amadu İbro verib.

"Bilin ki, biz Fransa ilə müharibəyə gedirik. Biz müharibə vəziyyətində deyildik, indi isə Fransa ilə real müharibəyə gedirik", - deyə hərbi rəhbər bildirib.

General İbro Parisi Afrika respublikasına qarşı döyüş əməliyyatları planlaşdırmaqda ittiham edib. Onun iddiasına görə, Fransa tərəfi ilə potensial silahlı münaqişəyə hazırlaşmaq məqsədilə ölkədə səfərbərlik elan edilib.

Qeyd olunur ki, Fransa hakimiyyəti bu cür iddiaları qəti şəkildə rədd edib.

Link kopyalandı!
Son xəbərlər