Dünya
335
12 Feb 2026 | 23:27

"Meta"dan şok yenilik: İnsan öldükdən sonra da paylaşım edəcək

Sosial şəbəkələrdə vəfat etmiş istifadəçilərin hesabları yeni neyroşəbəkənin tətbiqi sayəsində aktiv qala biləcək.

Moderator.az bu barədə "Business Insider" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Mark Zukerberqə məxsus "Meta" korporasiyası insanın ölümündən sonra belə onun sosial platformalardakı fəaliyyətini davam etdirə bilən innovativ süni intellekt üçün patent alıb.

Alqoritmlər şərhlər yaza, "bəyənmə"lər qoya, həmçinin yazışmalara qoşularaq mesajlara cavab verə biləcək.

Link kopyalandı!
Son xəbərlər