00:47
5°C
Bakı
Ermənistanın Baş naziri Paşinyanın 2026-cı ildə Tehrana qarşıdan gələn səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanması planlaşdırılır.
Moderator.az xəbər verir ki, bu barədə İranın İrəvandakı səfiri Xəlil Şirqulami deyib.
O, tərəflərin tərəfdaşlığı institusionallaşdırmaq və yol xəritəsinə əsasən əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib.
Diplomat həmçinin Cənubi Qafqazda sabitliyin təməli kimi regional kommunikasiyaların açılmasının və tranzit potensialının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.