Kosmosda yadplanetlilərlə qarşılaşa bilərik!
Dünya
162
12 Feb 2026 | 23:17

Kosmosda yadplanetlilərlə qarşılaşa bilərik!

Müxtəlif ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyət yadplanetlilər və digər sivilizasiyalarla qarşılaşa bilər.

Moderator.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X səhifəsində yazıb.

“Aya kütləvi uçuşdan, sonra isə Marsa uçuşdan, bütün Günəş sistemimiz üzrə səyahətdən və nəhayət digər ulduz sistemlərinə uçuşdan daha möhtəşəm bir şeyi təsəvvür edə bilmirəm. Ola bilsin, biz yadplanetlilərlə qarşılaşacağıq. Ola bilsin, milyon illər mövcud olmuş sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”, – deyə Mask bildirib.

Onun fikrincə, bunun üçün Ayda şəhərlər salmaq, eləcə də “katapultlar” adlandırdığı xüsusi buraxılış qurğuları inşa etmək lazımdır. Bu qurğular kosmosun tədqiqi üçün süni intellektlə təchiz olunmuş peykləri orbitə çıxaracaq.

Link kopyalandı!
Son xəbərlər