Dünya
175
22:00, Bu gün

"Lufthansa"da kütləvi reys ləğvi: Berlin və Münhen konfransı ərəfəsində gərginlik

Almaniyanın nəhəng aviadaşıyıcı şirkəti olan "Lufthansa" uçuş heyətinin tətil aksiyası səbəbindən 800-ə yaxın uçuşu ləğv edib. Bu, təqribən 100 min sərnişinə təsir edib.

Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi aviaşirkətin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, pilotlar pensiya bonuslarının artırılmasını istəyirlər, bort bələdçiləri isə fəaliyyətini dayandıran "CityLine" törəmə şirkətinin əməkdaşlarına kompensasiya ödənişlərinin təmin edilməsinə çalışırlar.

Tətilin gecə yarısına qədər davam edəcəyi bildirilir. "Lufthansa" iş qrafikinin fevralın 13-də normallaşacağını gözləyir.

Eyni zamanda qeyd edilir ki, tətil Almaniyada fevralın 12-də və 13-də start götürəcək iki mühüm tədbir - Berlin Beynəlxalq Film Festivalı (Berlinale) və Münhen Təhlükəsizlik Konfransı fonunda baş verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər