Şanxayda yolayrıcı çökdü
Dünya
314
12 Feb 2026 | 21:59

Şanxayda yolayrıcı çökdü

Çinin Şanxay şəhərində aparılan inşaat işləri zamanı meydana gələn sızma nəticəsində hələ istifadəyə verilməmiş yolayrıcı çöküb.

Moderator.az bildirir ki, bu barədə "STHeadline" nəşri məlumat verib.

Hadisə ilə bağlı dərc edilən kadrlarda yaxınlığında tikinti işlərinin getdiyi nəhəng yol örtüyünün qəfil çökdüyü anlar əks olun"Yol sürətlə dağılmağa başladı, yaxınlıqda yerləşən müvəqqəti tikili də yaranan çuxura yuvarlandı. Çökmə sahəsi genişlənməyə davam edirdi, işçilər dərhal ərazidən uzaqlaşdılar", - deyə məlumatda bildirilib.

Qeyd edilir ki, sızma baş verən ərazi "China Railway Tunnel Group" şirkəti tərəfindən inşa edilib. Hadisə yerində dərhal fövqəladə hallarda fəaliyyət planı işə salınıb.

Link kopyalandı!
Son xəbərlər