Tramp administrasiyası Minneapolisdə miqrantlara qarşı sərt tədbirləri dayandırıb
Dünya
391
20:57, Bu gün

Tramp administrasiyası Minneapolisdə miqrantlara qarşı sərt tədbirləri dayandırıb

Tramp administrasiyası Minneapolisdə miqrantlarla bağlı sərt tədbirləri dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə şəhərdə keçirilən mətbuat konfransında Sərhəd Xidmətinin rəhbəri Tom Homan bildirib.

O, miqrantlara qarşı keçirilən sərt əməliyyatların sonlandırılması təklifi ilə çıxış etdiyini, Prezident Trampın isə bununla razılaşdığını qeyd edib.

Qeyd edək ki, ötən il noyabrın 29-da ABŞ hökuməti Prezident Donald Trampın göstərişi ilə qanunsuz miqrasiyaya qarşı əməliyyat üçün 3000-dən çox immiqrasiya zabitini Minneapolisə yerləşdirib. Məlumata görə, əməliyyatdan əvvəl şəhərdə cəmi 150 immiqrasiya zabiti olub. Son zamanlar ABŞ-da qanunsuz immiqrasiya ilə mübarizə qüvvələrinin açdığı atəş nəticəsində 2 nəfər həlak olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər