22:38
5°C
Bakı
Rusiya beş uşağı Ukraynaya qaytarıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belova bildirib.
O qeyd edib ki, Ukraynadakı ailələrinə qaytarılacaq uşaqların yaşı dörd ilə 15 arasındadır.
Ombudsman daha bir uşağın Rusiyaya qaytarılacağını söyləyib.
Lvova-Belova ABŞ-ın birinci xanımı Melaniya Trampa uşaqların ailələri ilə yenidən birləşdirilməsi işində fəal iştirakına görə təşəkkür edib.