20:07
5°C
Bakı
İsrail Müdafiə Qüvvələri (IDF) İran xalqına çağırış edib.
Moderator.az xəbər verir ki, çağırış IDF-in farsdilli “X” hesabında yerləşdirilib.
IDF müraciətində İran xalqını İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlığa dəvət edib.
“İranın vətənpərvər xalqından bizimlə əlaqənin rəsmi yollarını izləməyi və hər növ əməkdaşlıq üçün təmasda olmalarını xahiş edirik”, - çağırışda deyilir.
Çağırışda IDF ilə “Mossad”ın sosial şəbəkə hesablarının ünvanları qeyd edilib və əlavə edilib ki, bunlar “yeganə etibarlı və rəsmi hesablardır”.