Finlandiya millisinin baş məşqçisi spirtli içkiyə görə vəzifəsindən uzaqlaşdırıldı
Dünya
231
17:20, Bu gün

Finlandiya millisinin baş məşqçisi spirtli içkiyə görə vəzifəsindən uzaqlaşdırıldı

Finlandiyanın xizəklə tramplindən tullanma üzrə millisinin baş məşqçisi İqor Medved spirtli içki qalmaqalına görə 2026-cı il Qış Olimpiya Oyunlarında komandaya rəhbərlikdən kənarlaşdırılıb.

Moderator.az "Aftonbladet"ə istinadən xəbər verir ki, finlandiyalı idmançılar oyunların qalan hissəsində məşqçisiz qalacaqlar. Medved komanda dəyərlərini pozduğuna görə yola salınıb.

"Medved bu gün evə qayıtdı. Bu, alkoqolla bağlı məsələlərlə bağlıdır. Biz qayda pozuntularına çox ciddi yanaşırıq və dərhal tədbir görəcəyik", - deyə Olimpiya Komitəsinin elit idman növləri üzrə rəhbəri Yanne Hanninen qeyd edib.

İqor Medved bu davranışına görə üzr istəyib:

"Səhv etdim və buna görə dərin təəssüf hissi keçirirəm. Bütün Finlandiya komandasından, idmançılardan və azarkeşlərdən üzr istəyirəm. Komandaya sülh və əmin-amanlıq arzulayıram ki, onlar olimpiadaya diqqət yetirə bilsinlər".

Qeyd edək ki, İqor Medved əvvəllər Sloveniya millisində çıxış edib və 2024-cü ilin yayından bəri Finlandiyanın xizəklə tramplindən tullanma komandasının baş məşqçisidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər