"Instagram"ın baş direktoru Adam Mosseri sosial şəbəkələrin sağlamlığa təsirinə dair iddia üzrə Los-Anceles Məhkəməsində çıxışında bildirib ki, bu platformalar istifadəçilər üçün problem yarada bilər, amma bunu "klinik asılılıq" adlandırmaq düzgün deyil.
Moderator.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Mosseri izah edib ki, "asılılıq" sözü danışıqda tez-tez işlədilir, amma klinik diaqnozla eyni deyil:
"İnsan "Instagram"da çox vaxt keçirə bilər, "həddindən artıq" anlayışı isə hər kəs üçün fərqli ola bilər".
İddiaçılar "Meta", "YouTube", "TikTok", "Snap"ın tətbiqlərinin təhlükəsizliyi barədə yanlış məlumat verdiyini qeyd edirlər.
"TikTok" və "Snap" qarşı tərəflə barışdıqdan sonra prosesdən çəkilib.
Məhkəmə iddia üzrə ruhi sağlamlıq problemlərində sosial medianın rolunu qiymətləndirməlidir.
"Instagram" təmsilçisi vurğulayıb ki, iddiaçının əvvəlcədən də ciddi problemləri olub.
Dinləmədə vəkil Mosseriyə şirkətin gənc istifadəçilərin sağlamlığı məsələsinə necə münasibət göstərməsinə dair suallar verilib.