Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-li iş adamı İlon Mask fərqli ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyətin yadplanetlilərlə və ya yerdənkənar sivilizasiyalarla rastlaşa biləcəyi qənaətindədir.
Moderator.az xəbər verir ki, bu barədə İlon Mask özünün "X" hesabında etdiyi paylaşımda yazıb.
"Mən Aya kütləvi səfərlərdən, daha sonra Marsa uçuşdan, bütün Günəş sistemimiz boyu səyahətdən və ən nəhayət, başqa ulduz sistemlərinə yollanmaqdan daha möhtəşəm bir şey təsəvvür edə bilmirəm. Ola bilər ki, biz orada yadplanetlilərlə görüşərik. Ola bilər ki, milyonlarla il mövcud olan sivilizasiyaları görərik və ya qədim yadplanetli sivilizasiyaların qalıqlarını aşkar edərik", - deyə Mask bildirib.
Sahibkarın fikrincə, bunun üçün Ayda şəhərlər inşa etmək, eləcə də Maskın "katapult" adlandırdığı xüsusi buraxılış qurğularını tikmək lazımdır ki, bu qurğular kosmosun tədqiqi üçün süni intellektlə təchiz edilmiş peykləri orbitə çıxaracaq.